Əhməd Şahidov Sərhədsiz İnsan Haqları təşkilatının direktoru ilə görüşüb

brusselƏhməd Şahidov Brüsseldə demokratiya və insan haqlarından danışıb

Sentyabrın 15-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Belçikanın paytaxtı Brüssel şəhərində Sərhədsiz İnsan Haqları təşkilatının direktoru cənab Villi Fautre ilə görüşüb. Görüş zamanı rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat erən ADİHİ rəhbəri Azərbaycanda demokratiya və insan haqlarının hazırkı vəziyyəti barədə danışıb və qarşılıqlı əməkdaşlıq perpestivlərini müzakirə edib.

ADİHİ rəhbərini Brüsseldə görməkdən məmnunluğunu ifadə edən cənab Villi Fautre Sərhədsiz İnsan Haqları təşkilatının (Human Rights Without Frontiers) fəaliyyəti və prioritetləri barədə söz açıb, bu qurumun Avropa Parlamenti ilə əməkdaşlığından danışıb. Azərbaycanın HRWF üçün prioritet ölkə olduğunu diqqətə çatdıran cənab Villi Fautre gələcəkdə ADİHİ ilə yaxından əməkdaşlıq edə biləcəklərini diqqətə çatdırıb.

Görüş zamanı eyni zamanda Ukryanada baş erən hadisələr və Rusiyanın xarici siyasəti barədə də qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.

15 23

Bu yazını Facebookda şərh et