Əhməd Şahidov Polşa Respublikasının Ombudsmanı ilə görüşüb

pol_ombudsmanƏhməd Şahidov polyak həmkarı ilə insan haqları mövzusunda müzakirələr aparıb

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Sentyabrın 9-da Polşanın paytaxtı Varşava şəhərində bu ölkənin Ombudsmanı xanım Aleksandra Viktorov ilə görüşüb. Ombudsman ofisində baş tutan görüş zamanı xanım Viktorov rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verib və indiyə qədər həyata keçirdikləri layihələr barədə danışıb. Əsasən sığorta və sosial təminat sahəsində geniş fəaliyyət göstərdiklərini diqqətə çatdıran polyak Ombudsman Polşada bir-neçə Ombudsman institutunun fəaliyyət göstərdiyini bildirib.

Səmimi qəbula görə Aleksandra Viktorova dərin təşəkkürünü bildirən ADİHİ rəhbəri Əhməd Şahidov Azərbaycanda insan haqlarının vəziyyəti barədə danışıb və Azərbaycan-Polşa münasibətlərinə də toxunub. Polşa Ombudsman İnstitutu ilə gələcək əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdıran ADİHİ rəhbəri ikitərəfli əlaqələri bundan sonra da davam etdirməyin zəruriliyini vurğulayıb.

21

Bu yazını Facebookda şərh et