Əhməd Şahidov BMT nümayəndələri ilə müzakirələrdə iştirak edib

unSentyabrın 8-də Birləşmiş Millətlər Təşkilatının Azərbaycan ofisində bir qrup aparıcı hüquq müdafiəçisi və QHT rəhbərlərinin iştirakı ilə görüş keçirilib. İşgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəza növlərinə qarşı Konvensiyanın (OPCAT) Fakültativ Protokoluna uyğun olaraq yaradılmış İşgəncələrin qarşısının alınması üzrə Alt Komitə (İQAK/SPT) üzvləri Azərbaycanın aparıcı hüquq müdafiəçiləri ilə müzakirələr aparmış və Azərbaycanda bu sahədəki vəziyyət haqqında fikir mübadiləsi etmişlər.

Görüşdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov aparılan müzakirələri səmərəli qiymətləndirmiş və ətraflı məlumat verməkdən imtina etmişdir.

Qeyd edək ki, Azərbaycanda səfərdə olan İQAK/SPT heyəti istintaq təcridxanaları, həbsxanalar, hərbi həbsxanalar, miqrantların müvəqqəti saxlama məntəqələri, psixiatriya və ya sosial qayğı müəssisələri, və ya azadlığı məhdudlaşdıran istənilən digər yerlərin monitorinqini həyata keçirir. İQAK/SPT həmçinin həmin müəssisələrin rəhbərləri, Milli Preventiv Mexanizm (MPM) və qeyri-hökumət təşkilatları (QHT) ilə görüşüb, bu sahədə mümkün qədər geniş məlumat toplmağa çalışır.

bmt bmt2 bmt3 bmt4 bmt6

Bu yazını Facebookda şərh et