Əhməd Şahidov: “Pedro Aqramuntun Azərbaycanla daha sıx işləyəcəyinə ümid edirik”

shahidovADİHİ rəhbəri Əhməd Şahidov: “AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin etməsi artıq bu problemə diqqətin olmasından xəbər verir”

Azərbaycanda siyasi məhbuslar üzrə məruzənin hazırlanması ispaniyalı deputat Pedro Aqramunta həvalə edilib. O, assambleyanın Monitorinq komitəsinin məruzəçisidir. Bu qərar iyunun 25-də AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsində qəbul olunub.

Siyasi məhbuslar üzrə yeni məruzəçi postuna bu məsələnin müzakirəsinin təşəbbüsçüsü, irlandiyalı deputat Maykl Maknamara hollandiyalı deputat Pyeter Omsiqtın namizədliyini irəli sürüb. Lakin onun lehinə 19 deputat səs verib.

Məsələnin alternativ həllinə – siyasi məhbuslar üzrə məruzəçinin hazırlanması missiyasının Aqramunta həvalə edilməsinə 29 deputat səs verib.

Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçinin təyin edilməsi ilə bağlı fikirlərini bölüşən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun sözlərinə görə, bu təyinatın  reallaşması artıq Azərbaycanda bu problemə diqqətin olmasından xəbər verir: “İspaniyalı deputat Pedro Aqramunt əvvəlki məruzəçilər qədər fəal olmasa da, bundan sonra onun Azərbaycana daha çox diqqət ayıracağını və öhdəsinə götürdüyü işlə yaxından maraqlanacağına ümid edirik. İndiyə kimi Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi olmuş Andres Herkel və Kristofer Ştrasser kifayət qədər işlər görüblər. Yeni təyin olunmuş Pedro Arqamuntun da ümidləri doğruldacağına inanırıq. ADİHİ olaraq, cənab Arqamuntla işləməyə hazırıq.”

Bu yazını Facebookda şərh et