Əhməd Şahidov Polşanın Azərbaycandakı səfirliyində olub – FOTO

polandADİHİ rəhbəri səfirliyin siyasi və iqtisadi məsələlər üzrə konsulu xanım Beata Baranska ilə görüşüb

İyunun 30-da Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Polşanın Azərbaycandakı səfirliyinin siyasi və iqtisadi məsələlər üzrə konsulu xanım Beata Baranska ilə görüşüb. Görüş zamanı rəhbərlik etdiyi ADİHİ təşkilatı barədə ətraflı məlumat verən Əhməd Şahidov qarşıda duran vəzifələrdən, əsas prioritet məsələlərdən və planlardan söhbət açıb.

Əsasən demokratiya, insan haqları, fundamental azadlıqlar sahəsində fəaliyyət göstərdiklərini diqqətə çatdıran ADİHİ rəhbəri Polşa Respublikasına səfərləri və Varşavada keçirdiyi görüşlər barədə xanım Baranskaya danışıb. Gələcəkdə Polşa səfirliyi ilə yaxından əməkdaşlıq etmək istədiyini bildirən ADİHİ rəhbəri Azərbaycanda insan haqlarının vəziyyəti və son hadisələr barədə polşalı diplomata məlumat verib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun təsis edilməsini razılıqla qarşılayan konsul Beata Baranska demokratiya və insan haqlarının Polşa üçün prioritet məsələlər olduğunu bildirmiş və ADİHİ ilə bu sahədə əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir. Sonda gələcək əməkdaşlıq fəaliyyəti barədə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Bu yazını Facebookda şərh et