Əhməd Şahidov Beynəlxalq Kipr Universitetində çıxış etdi – FOTO

kiprMay ayının 15-də TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Filologiya üzrə Fəlsəfə Doktoru Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən Beynəlxalq Kipr Universitetində təşkil olunan “Kıbrıs Türk Kültür ve Edebiyatı Sempozyumu”nda iştirak etmişdir.

“Kıbrıs tarihinin edebiyatta, edebi eserlerde tanıtımı” mövzusunda çıxış edən Əhməd Şahidov Kipr Türklərinin ədəbiyyatı barədə danışmış, Osmanlı dövründən başlayaraq, bugünümüzə qədər Kipr Türk ədəbiyyatının özəlliklərini təsvir etmişdir. Çıxışını əsasən vətənpərvər və millətçi fikirlər üzərində quran TURSAM rəhbəri müəllifi olduğu “Sıfır Nöqtəsi” romanını örnək olaraq göstərmiş, bugün Şimali Kiprdə fəaliyyət göstərən Türk yazıçı və şairlərin daha çox ideoloji sahədə əsərlər yaratmalı olduğunu, Rauf Raif Denktaş fikirlərinin ədəbiyyatda qorunub saxlanılmasının zəruri olduğunu qeyd etmişdir.

Daha sonra simpozium iştirakçıları ilə xatirə fotosu çəkdirən TURSAM rəhbəri Əhməd Şahidov universitet tələbələrinin suallarını cavablandırmışdır.

Bu yazını Facebookda şərh et