Əhməd Şahidov Çex Respublikasının baş nazirinin müavini ilə regiondakı son prosesləri müzakirə etdi – FOTO

praga292May ayının 7-də TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Praqa şəhərində Çex Respublikasının baş nazirinin müavini cənab Jaromir Novotnı ilə görüşmüşdür. Görüş zamanı TURSAM Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verən Əhməd Şahidov Çex Respublikasında fəaliyyət göstərən beyin mərkəzləri ilə yaxından əməkdaşlıq etmək niyyətində olduqlarını bildirmiş və qarşılıqlı əməkdaşlıq təklifini irəli sürmüşdür.

TURSAM rəhbərini Praqa şəhərində salamlamaqdan məmnunluğunu ifadə edən cənab Jaromir Novotnı regionda cərəyan edən son hadisələr barədə söz açmış və Ukraynada baş verənlər barədə narahatlığını ifadə etmişdir. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş zamanı TURSAM rəhbəri Əhməd Şahidov Çex Respublikasının baş nazirinin müavininə azərbaycanlı əsir və itkin düşmüş şəxslər barədə hazırlanmış “Bizi əsirlikdən qurtarın” kitabını təqdim etmişdir.

Görüşdə DAK Polşa Nümayəndəliyinin rəhbəri Nail Əhməd də iştirak etmişdir.

Bu yazını Facebookda şərh et