Almaniyanın Reqensburq şəhərində Şuşanın işğalı günü qeyd olundu – FOTO

regensburg_mitinq292May ayının 6-da Almaniyanın Reqensburq şəhərinin mərkəzində Şuşanın işğalı gününə həsr olunmuş aksiya keçirilib. TURSAM Strateji Araşdırmalar Mərkəzinin və DAK Polşa Nümayəndəliyinin təşkilatçılığı ilə təşkil olunan küçə aksiyasında Reqensburqda yaşayan azərbaycanlılar da fəal iştirak ediblər.

Aksiya zamanı “Qarabağa Azadlıq!”, “Xocalıya Ədalət!” və “Erməni işğalına son!” şüarları səsləndirilmiş, Dağlıq Qarabağ konflikti, erməni vəhşiliyi, Şuşanın işğalı və Xocalı soyqırımı ilə bağlı alman dilində buklet və flayerlər paylanmışdır.

Tədbirdə yaxından iştirak edən Reqensburq şəhərinin Azərbaycan diasporunun fəallarından Akif Məmmədov aksiyaya maraq göstərən şəhər sakinlərinə Dağlıq Qarabağ konflikti barədə geniş məlumat vermiş və alman dilində Azərbaycan həqiqətlərini çatdırmışdır.

Şuşanın işğalına həsr olunmuş küçə aksiyası Reqensburq şəhərində yaşayan ermənilərin də diqqətini çəkmiş və onlar kənardan dayanıb aksiyanın gedişini izləmişlər.

 

Bu yazını Facebookda şərh et