Qarabağ həqiqətləri Polşa ictimaiyyətinə təqdim olundu – FOTO

lodz292TURSAM Strateji Araşdırmalar Mərkəzi və DAK Polşa Nümayəndəliyi Lodz şəhərində Dağlıq Qarabağla bağlı tədbir keçirdi

May ayının 3-də Polşanın Lodz şəhərində Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib. Lodz şəhərinin mərkəzində yerləşən Grand Hoteldə təşkil olunan tədbirdə Polşa ictimaiyyətinin nümayəndələri, Polşa universitetlərindən gəlmiş müəllim və professor heyəti, mətbuat işçiləri və tələbələr iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan DAK Polşa nümayəndəliyinin rəhbəri Nail Əhməd Azərbaycanın tarixi, mədəniyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir. Daha sonra Xocalı soyqırımı və Ağdaban faciəsini əks etdirən foto sərgi nümayiş etdirilmişdir. Polşadakı Azərbaycan diasporunun fəallarından olan Rəşid Rəhimli tədbir iştirakçılarına Azərbaycan-Polşa münasibətləri barədə məlumat vermiş, Polşada təhsil alan azərbaycanlı gənclərin fəaliyyəti barədə danışmışdır.

Tədbirdə iştirak edən TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Polşa ictimaiyyətinin nümayəndələrinə Xocalı soyqırımı və Ağdaban faciəsi barədə geniş məlumat vermiş və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlərdən danışmışdır.

Tədbirdə sərgilənən fotolar polşalı gənclərin marağına səbəb olmuş və Xocalı soyqırımının bütün insanlığa qarşı yönəldiyini bildirmişlər. Tədbirin sonunda polşalı qonaqları maraqlandıran suallara cavab verilmişdir.

Bu yazını Facebookda şərh et