Əhməd Şahidov Türkiyənin Varşavadakı səfiri ilə görüşdü – FOTO

ozcan292TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Filologiya üzrə Fəlsəfə Doktoru Əhməd Şahidov May ayının 1-dən etibarən Avropada işgüzar səfərdədir. Avropanın müxtəlif ölkələrində Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ konflikti və Xocalı soyqırımı ilə bağlı tədbir və görüşlər keçirmək məqsədilə reallaşan səfər çərçivəsində Əhməd Şahidov May ayının 2-də Türkiyənin Polşadakı fövqəladə və səlahiyyətli səfiri Yusuf Ziya Özcan ilə görüşmüşdür.

Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, regionda baş verən son hadisələr və birgə əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır. Avropaya bu dəfəki səfəri barədə Türkiyənin səfirinə ətraflı məlumat verən Əhməd Şahidov TURSAM təşkilatının fəaliyyəti və yaxın gələcəkdə həyata keçiriləcək layihə və tədbirlər barədə də danışmışdır.

TURSAM təşkilatının son fəaliyyətini yaxından izlədiyini bildirən səfir Yusuf Ziya Özcan bu fəaliyyətinə görə Əhməd Şahidova təşəkkürünü bildirmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Türkiyənin səfirinə özünün “Sıfır Nöqtəsi” romanını təqdim edən Əhməd Şahidov kitabda Türkiyə, Şimali Kipr və Azərbaycan barədə maraqlı məqamların olduğunu bildirmiş və əsər türkiyəli diplomatın çox xoşuna gəlmişdir. Sonda xatirə fotosu çəkilmişdir.

ozcan ozcan-2

Bu yazını Facebookda şərh et