ƏHMƏD ŞAHİDOV ŞKTC PARLAMENTİNİN SƏDRİ SİBEL SİRER XANIMA “SIFIR NÖQTƏSİ” ROMANINI TƏQDİM ETDİ

sibel144Gənc yazıçının ədəbi fəaliyyəti ŞKTC Parlamentsədrinin marağına səbəb oldu
“Sıfır Nöqtəsi” romanının tanıtımı ilə bağlı Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, gənc yazıçı Əhməd Şahidov Noyabrın 5-də Şimali Kipr Məclisinin sədri xanım Sibel Sirer ilə görüşüb. Rəsmi qəbul zamanı Azərbaycan-Şimali Kipr əlaqələri barədə danışan Əhməd Şahidov bu ölkəyə ilk gəlişinin mərhum Rauf Denktaşla tanışlıqdan sonra baş tutduğunu bildirmiş və Kipr torpağına hədsiz sevgisinin olduğunu dilə gətirmişdir. Yenicə çapdan çıxmış “Sıfır Nöqtəsi” romanı barədə Parlament sədrinə məlumat verən Əhməd Şahidov əsərin əsas süjet xəttinin Kiprin birləşməsi ilə bağlı olduğunu qeyd etmiş və bu prosesdə Kipr Türklərinin əsas mövqedə bulunduğunu diqqətə çatdırmışdır.

Bu yazını Facebookda şərh et