Əhməd Şahidovun çıxışı Şimali Kipr ziyalılarını göz yaşlarına qərq etdi – FOTO

uku292Uluslararası Kıbrıs Universitesində müəllim və tələbələrin iştirakı ilə “Sıfır Nöqtəsi” romanının təqdimatı keçirildi
Müəllifi olduğu “Sıfır Nöqtəsi” romanının tanıtımı məqsədilə ŞKTC-də işgüzar səfərdə olan TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, gənc yazıçı Əhməd Şahidov Noyabr ayının 8-də Uluslararası Kıbrıs Universitetində bu təhsil ocağının rektor, müəllim və tələbə heyəti ilə görüşmüşdür. “Sıfır Nöqtəsi” romanının müzakirəsi məqsədilə təşkil olunan bu toplantıda UKU-nun rektor vəkili Prof. Dr. Hikmet Seçim, UKU-nun Baş Katibi Doç. Dr. Ahmet Adalıer, Şimali Kiprin millət vəkili Zorlu Töre, tanınmış tarixçi-araşdırmaçı Hadice Özler Şahin, “Rauf R. Denktaş və Düşüncələrini Yaşatma Dərnəyi” başkanı Latif Akça, “Ahıska Türkləri Mədəniyyət və Dayanışma Dərnəyi” başkanı Hakan Uyqun və universitetin müəllim-tələbə heyəti iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan tanınmış radio aparıcısı Emine Şark Sivri Şimali Kipr haqqında məlumat vermiş, ŞKTC-nin bütün dünyada tanınmasının əhəmiyyətindən danışmış və bu məqsədlə “Sıfır Nöqtəsi” romanının rolunu yüksək qiymətləndirmişdir. Daha sonra qonaqlar çıxış etmişlər. ŞKTC Məclisinin üzvü, millət vəkili Zorlu Törenin alovlu çıxışı tədbir iştirakçılarında milli hissləri bir qədər də qaldırmış və zaldakı tələbələr “Kıbrıs Türkündür, Türkün olacak!” şüarları səsləndirmişlər. Çıxışının sonunda Rauf Denktaşın sevərək söylədiyi “İki Bayraq” şeirini səsləndirən millət vəkili Zorlu Töre gənclərin alqış sədaları altında göz yaşlarını saxlaya bilmədi.

Sonda gurultulu alqışlar ilə kürsüyə qalxan gənc yazıçı Əhməd Şahidov Şimali Kiprlə tanışlığı, bu ölkəyə səfərləri və rəhmətlik Rauf Denktaşla ilk görüşü barədə danışmış və “Sıfır Nöqtəsi” romanı barədə ətraflı məlumat vermişdir. Bu dəfə Şimali Kiprə gəldikdə bir qədər məyus olduğunu bildirən Əhməd Şahidov ŞKTC-nin qurucu lideri Rauf Denktaşın ruhuna göstərilən münasibətdən narazı olduğunu, mərhumun məzarının baxımsız şəraitdə olduğunu ürək yanğısı ilə diqqətə çatdırdı. Çıxışının sonunda özünün müəllifi olduğu “Ben Türküm” şeirini səsləndirən Əhməd Şahidovun çıxışı zalda əyləşənlərin göz yaşlarına səbəb oldu və tədbir iştirakçıları ayağa qalxaraq, gənc yazıçını davamlı alqışladılar.

Tədbirin sonunda Əhməd Şahidov “Sıfır Nöqtəsi” romanını tədbir iştirakçıları üçün imzaladı və xatirə fotoları çəkdirdi.

 

Bu yazını Facebookda şərh et