ƏHMƏD ŞAHİDOV VARŞAVADA “AZƏRBAYCANDA DİNİ AZADLIQLAR” HAQQINDA DANIŞDI

video18Xəbər verildiyi kimi, Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Resurslarının Tətbiqi Müşavirəsində iştirak edən TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Sentyabr ayının 26-da qurumun plenar iclasında “Azərbaycanda dini azadlıqlar” adlı məruzə ilə çıxış etmişdir.
Çıxışı zamanı Əhməd Şahidov Azərbaycanda mövcud dini tolerantlığın bütün dünyaya örnək ola biləcəyini bildirmiş və müxtəlif dinlərə məxsus insanların öz inanclarında müstəqil olduqlarını toplantı iştirakçılarının diqqətinə çatdırmışdır. TURSAM rəhbəri Əhməd Şahidov Azərbaycanda müsəlmanların böyük üstünlüyə malik olmalarına baxmayaraq, digər dünyəvi dinlərin – xristianlıq və musəviliyin də geniş yayıldığını və bu dinlərə ibadət edən insanların ölkədəki dini tolerantlıqdan razı qaldıqlarını söyləmişdir.

Bu yazını Facebookda şərh et