Əhməd Şahidov beynəlxalq tədbirdə demokratiya və siyasi hüquqlar barədə məruzə ilə çıxış edib – VİDEO

cixis292Xəbər verildiyi kimi, Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Resurslarının Tətbiqi Müşavirəsində iştirak edən TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Sentyabr ayının 30-da qurumun plenar iclasında “Azərbaycanda demokratiya və siyasi azadlıqlar” adlı məruzə ilə çıxış etmişdir.
Çıxışı zamanı Əhməd Şahidov Azərbaycanda yaradılmış demokratik mühit barədə toplantı iştirakçılarına məlumat vermiş və bildirmişdir ki, hazırda ölkədə 55 siyasi partiya qeydiyyatdan keçib, onların 11-i Parlamentdə təmsil olunur. Dövlətin bütün partiyalara, habelə müxalifətdə olan siyasi partiyalara bərabər imkanlar yaratdığını qeyd edən TURSAM rəhbəri Əhməd Şahidov Oktyabrın 9-da ölkədə növbəti prezident seçkilərinin keçiriləcəyini bildirmiş və seçki öncəsi vəziyyət barədə danışmışdır. “Sərbəst toplaşmaq haqqında qanun”un bütün tələblərinin yerinə yetirildiyini bildirən Əhməd Şahidov seçki öncəsi müxalifət partiyalarının şəhərin mərkəzində mitinqlər keçirdiklərini və təbliğatlarını apardıqlarını qeyd etmişdir. Ölkədə azad mətbuatın və medianın mövcud olduğunu qeyd edən TURSAM rəhbəri  300-ə yaxın müxalifət yönümlü media orqanının sərbəst fəaliyyət göstərdiyini və onların tam müstəqil şəkildə hakimiyyəti tənqid etdiyini vurğulamışdır.

TURSAM rəhbəri Əhməd Şahidovun çıxışının tam mətni burada – http://www.osce.org/odihr/106115

Bu yazını Facebookda şərh et