Əhməd Şahidov ATƏT-in beynəlxalq tədbirində sərbəst toplaşmaq azadlığından danışdı – FOTO / VİDEO

cixisXəbər verildiyi kimi, Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Resurslarının Tətbiqi Müşavirəsində iştirak edən TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Sentyabr ayının 27-də qurumun plenar iclasında “Azərbaycanda sərbəst toplaşmaq azadlığı” mövzusunda xüsusi məruzə ilə çıxış etmişdir.
Çıxış zamanı Əhməd Şahidov Azərbaycanda sərbəst toplaşmaq azadlığı barədə vəziyyəti ifadə etmiş və bu sahədə xeyli irəliləyişlərin olduğunu bildirmişdir. Prezident seçkiləri öncəsi ölkədə insanların azad şəkildə toplaşmaq və fikirlərini ifadə etmək azadlığının tam şəkildə təmin edildiyini bildirən TURSAM rəhbəri son dövrlər ölkə müxalifətinin şəhərin mərkəzində, habelə regionlarda ardıcıl mitinqlər təşkil etdiklərini, seçkilərdə iştirak edən namizədlərin hər birinin öz seçiciləri ilə görüşlər keçirdiyini toplantı iştirakçılarının diqqətinə çatdırmışdır.

 

TURSAM rəhbəri Əhməd Şahidovun çıxışının tam mətni burada – http://www.osce.org/odihr/105903

Bu yazını Facebookda şərh et