Əhməd Şahidovun Şimali Kiprdən bəhs edən “Sıfır nöqtəsi” romanı çapdan çıxdı

sifir_noqtesi_romani292ŞKTC Prezidenti Dərviş Eroğlunun məsləhəti ilə qələmə alınan bu əsərdə Azərbaycan və Türkiyə də daxil olmaqla, bütün Türk coğrafiyası barədə maraqlı faktlar açıqlanır və Türk dünyasının gələcəyi ilə bağlı proqnozlar qeyd olunur
Oktyabr ayının ilk günlərində gənc yazıçı Əhməd Şahidovun yeni əsəri çapdan çıxdı. Müəllifin sayca 6-cı kitabı olan bu əsər Türk dünyasından, əsasən də Şimali Kipr Türk Cümhuriyyətindən bəhs edir. “Sıfır nöqtəsi” adlanan romanın əsas süjet xətti bir azərbaycanlı gəncin təhsil almaq məqsədilə Şimali Kiprə yollanması, təhsilini başa vurduqdan sonra ictimai fəaliyyətini Şimali Kiprdə davam etdirməsi və Kiprin böyük siyasətinə qədəm qoyması ilə bağlıdır.
Romanda hadisələr 1992-ci ilin “Daşaltı” əməliyyatından başlayır və Dağlıq Qarabağda gedən müharibənin unudulmaz yaralarını oxuculara çatdırır. Əsərin əsas məğzi ikiyə parçalanmış Kiprin sonunda yenidən birləşməsi və bu birlikdə əsas üstünlüyün Kipr Türklərinin tərəfində olmasından ibarətdir. Millətçi və vətənpərvər üslübda qələmə alınmış “Sıfır nöqtəsi” romanı Şimali və Cənubi Azərbaycanın gələcək taleyi ilə də bağlı maraqlı məqamları özündə əks etdirir.
“Sıfır nöqtəsi” romanının Azərbaycanda, Türkiyədə və Şimali Kiprdə təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulub.

 

sifir_noqtesi_romani

Bu yazını Facebookda şərh et