Əhməd Şahidovun Facebook izləyicilərinin sayı 100 mini keçdi

facebook292Gənc alim və yazıçı Əhməd Şahidovun son illərki fəaliyyəti sosial şəbəkələrdə böyük marağa səbəb olub
Azərbaycan ictimaiyyətinin gənc şair, yazıçı və alim kimi tanıdığı Əhməd Şahidovun son illərki fəaliyyəti internet məkanında maraqla izlənməkdədir. Sosial şəbəkələrdə, xüsusən də Facebook sosial şəbəkəsində ciddi təbliğat fəaliyyəti aparan Əhməd Şahidovun Türkiyə, Şimali Kipr və digər türk dilli ölkələrə səfərləri, beynəlxalq elmi konfrans və simpoziumlardakı çıxışları, Azərbaycan və xarici mətbuata verdiyi açıqlamaları onun sosial şəbəkələrdə ən çox izlənilən şəxslərdən birinə çevrilməsinə səbəb olmuşdur.
Gənc yazıçı Əhməd Şahidovun son illər ərzində qələmə aldığı romanlar da onun fəaliyyətini diqqət mərkəzinə gətirmişdir. Bu ilin İyun ayında dərc edilən və ən çox müzakirə olunan əsərlərdən birinə çevrilən “Samir” romanından sonra Əhməd Şahidova qarşı münasibət bimənalı olmasa da, sosial şəbəkələrdə onun yaradıcılığı minlərlə insan tərəfindən müzakirə edilməyə başladı.
Ötən gün Facebook sosial şəbəkəsində fəaliyyət göstərən şəxsi səhifəsində (www.facebook.com/shahidovcom) izləyicilərinin sayının 100 000-ə çatması Əhməd Şahidovun həqiqətən də sosial şəbəkələrdə ən çox izlənilən insanlardan birinə çevrildiyini deməyə əsas verir. Sentyabr ayının sonunda çapdan çıxacağı gözlənilən və Şimali Kiprdən bəhs edən “Sıfır Nöqtəsi” romanı müəllifin Türk dünyası coğrafiyasında daha populyar imzaya çevriləcəyini deməyə əsas verir. Əsasən, Türkiyə, Şimali Kipr, Rusiya və Azərbaycandakı Facebook istifadəçiləri tərəfindən izləndiyi məlum olmuşdur ki, bu da gənc yazıçının yaradıcılığı və ictimai fəaliyyəti ilə bağlıdır.

facebook

Bu yazını Facebookda şərh et