“Sıfır nöqtəsi” romanı

sifir_noqtesi_roman_kicik“Sıfır nöqtəsi” romanı yazıçı Əhməd Şahidovun üçüncü böyük nəsr əsəridir. Sırf milli ideologiya və millətçilik hisslərinə həsr olunmuş bu əsər azərbaycanlı bir gəncin həyatından bəhs edir. Bakıda doğulub boya-başa çatmış Azad hələ uşaqlıq illərindən mənsub olduğu xalqın, millətin tarixi ilə yaxından maraqlanır və gələcəkdə Türk millətinin firavan gələcəyi üçün çalışacağını qarşısına məqsəd kimi qoyur. Dağlıq Qarabağda gedən savaşlarda bir qolunu itirmiş atasının və orta məktəbdə müəllimə işləyən anasının min bir əziyyətlə böyüdüb təhsil verdiyi Azad yüksək balla Bakı Dövlət Universitetinə daxil olsa da, ali təhsilini Kiprdə davam etdirmək qərarına gəlir və hər şey də məhz bundan sonra başlayır. Azad Kuzey kimi tanınan bu azərbaycanlı gənc təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında sevilən və adını tarixə yaza bilən bir şəxsiyyətə çevrilir. Onun Türk dünyası üçün nələr etdiyini isə romanı oxuduqdan sonra biləcəksiniz.

 

sifir_noqtesi_romani

Bu yazını Facebookda şərh et