TURSAM rəhbəri Əhməd Şahidov Dənizli valisi ilə görüşdü – FOTO

denizli_vali292Türkiyədə səfərdə olan TURSAM nümayəndə heyəti Dənizli valisi Abdulkadir Demir ilə görüşüb
Fevral ayının 27-də Türkiyənin Dənizli şəhərində yerləşən Pamukkale Universitetində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində keçirilən anım tədbirlərində iştirak edən TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov tədbirdən öncə Dənizli valisi Abdulkadir Demir cənablarının qonağı olmuşdur. Görüş zamanı Dənizli valisinə səfərinin məqsədini açıqlayan TURSAM rəhbəri Xocalı soyqırımı barədə məlumat vermiş, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini təkcə iki ölkənin qarşıdurması kimi deyil, eyni zamanda erməni kilsəsinin müsəlmanlara qarşı nifrətinin nəticəsi kimi xarakterizə etmişdir.

TURSAM nümayəndə heyətini Dənizli vilayətində qonaq etməkdən məmnun olduqlarını bildirən vali Abdulkadir Demir Xocalının təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də kədərli bir faciə olduğunu diqqətə çatdırmışdır. TURSAM təşkilatının təşkil etdiyi bu tədbiri dəstəklədiyini bildirən Dənizli valisi gələcəkdə Dənizli vilayətində bucür tədbirlərin keçirilməsi üçün əllərindən gələn köməkliyi göstərməyə hazır olduqlarını bildirmişdir.

Sonda TURSAM rəhbəri Əhməd Şahidov Dənizli valisi Abdulkadir Demir cənablarına Xocalı soyqırımı və erməni terroru barədə kitablar və Dağlıq Qarabağla bağlı suvenirlər təqdim etmişdir.

 

TURSAM Mətbuat Xidməti

Bu yazını Facebookda şərh et