Kipr mətbuatı 26 Fevral buraxılışlarını Xocalı faciəsinə həsr etdi – FOTO – VİDEO

gazete292Şimali Kiprin aparıcı qəzetləri TURSAM təşkilatının bu ölkənin Cümhuriyyət Məclisində təşkil etdiyi “Xocalıya Ədalət” paneli barədə geniş materiallar dərc edib
Xəbər verildiyi kimi, Fevralın 22-dən etibarən Şimali Kipr Türk Cümhuriyyətində işgüzar səfərdə olan TURSAM Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyətinin ŞKTC Parlamentində təşkil etdiyi “Xocalıya Ədalət” adlı tədbiri bu ölkənin ictimaiyyəti və mətbuatı tərəfindən diqqətlə izlənilib. Fevralın 26-də dərc edilən ölkə qəzetlərinin hamısı Xocalıya həsr olunmuş həmin tədbir barədə geniş materiallar dərc edib.
Ölkənin ən böyük qəzeti olan “Kıbrıs” qəzeti də daxil olmaqla, “Vatan”, “Afrika”, “Havadis”, “Güneş”, “Kıbrıs Star”, “Haberdar”, “Volkan” qəzetlərinin 26 Fevral buraxılışında Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı geniş material dərc edilib və TURSAM Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi Xocalı tədbiri geniş işıqlandırılıb.

Bundan başqa, Şimali Kiprin Dövlət Televiziyası olan BRT və Genç TV kanalları da Xocalı soyqırımı ilə bağlı TURSAM Strateji Araşdırmalar Mərkəzinin ŞKTC Parlamentində təşkil etdiyi anım tədbirini geniş işıqlandırıblar.

TURSAM Mətbuat Xidməti

 

Bu yazını Facebookda şərh et