TURSAM təşkilatı Şimali Kiprin rəhbər şəxsləri ilə Xocalı müzakirələrinə başladı

xinTURSAM Strateji Araşdırmalar Mərkəzi Şimali Kiprdə “Xocalıya Ədalət” tədbirlərinə start verir
Xəbər verildiyi kimi, Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Şimali Kiprdə işgüzar səfərdə olan TURSAM Strateji Araşdırmalar Mərkəzinin bir qrup əməkdaşı 25 Fevral günündə ŞKTC Parlamentində “Xocalıya Ədalət” adlı tədbir keçirməyə hazırlaşır. Bununla bağlı Şimali Kiprin rəhbər şəxsləri ilə ikitərəfli görüşlərə başlayan TURSAM sədri Əhməd Şahidov Fevralın 22-də ŞKTC Cümhuriyyət Məclisi sədrinin mətbuat katibi Gökhan Gülərlə görüşmüşdür. Xocalı soyqırımı barədə Parlament yetkilisinə məlumat verən Əhməd Şahidov daha sonra Xocalı barədə kitabları, buklet və video diskləri Gökhan Gülər cənablarına təqdim etmişdir. “Xocalıya Ədalət” tədbirinin keçiriləcəyi salonla tanış olan TURSAM sədri son texniki hazırlıqlarla tanış olmuşdur.
Həmin gün TURSAM sədri Əhməd Şahidov Şimali Kiprin Xarici İşlər Nazirliyinin mərkəzi aparatının rəhbəri Hilmi Akil ilə görüşmüşdür. Şimali Kiprin xarici siyasəti haqqında qarşılıqlı fikir mübadiləsi apardıqdan sonra Hilmi Akil ŞKTC-nin dünyaya tanıdılması istiqamətində aparılan işlərdən, habelə Azərbaycanla olan ikitərəfli münasibətlərdən danışmışdır. Azərbaycan xalqının Şimali Kipr xalqı ilə dost və qardaş olduğunu xüsusi vurğulayan TURSAM sədri Əhməd Şahidov gələcəkdə Şimali Kiprlə bağlı daha geniş layihələr həyata keçirmək arzusunu ifadə etmişdir. Xocalı soyqırımı barədə məlumat verən Əhməd Şahidov erməni vəhşiliyini əks etdirən və üç dildə dərc edilən “Erməni Terroru” kitabını diplomata təqdim etmişdir.
Görüşdə iştirak edən Doğu Akdeniz Universiteti Azərbaycan Tələbə Cəmiyyətinin sədri Elçin Süleymanov rəhbərlik etdiyi qurum haqqında məlumat vermiş, azərbaycanlı tələbələrin Şimali Kiprdə təhsil almasından və qayğılarından danışmışdır.

TURSAM Mətbuat Xidməti

Bu yazını Facebookda şərh et