KİMDƏN XƏBƏR ALIM SƏNİ?


Yenə gedirsən, bir anlıq dur sevgilim
Məni tək-tənha buraxıb hara gedirsən?
Əllərimdə əlinin istisi soyumamış
Bir an qırpımında gözdən itirsən.
Bəs mən darıxsam, görmək istəsəm səni
Bu qədər insanın içində
Kimdən xəbər alım səni?

Bəlkə uçan quşlardan səni soruşum
Bəlkə dostdan, tanışdan xəbər alım səni
Gecə pəncərəmə qonan ay işığından
Səhər otağıma dolan Günəşdən xəbər tutub
Ürəyimi açmaq istəsəm, danışmaq istəsəm
Bu qədər sözün, şeirin içində
Nədən xəbər alım səni?

Hər gün danışsaq da, doya bilmirəm səsinə
Doya bilmirəm həsrət dolu baxışlarına,
o gül üzünə.
Bu an yanında olmaq, səni bağrıma basmaq
Qucaqlamaq istəyirəm, baxaraq gözlərinə.
Gecələr yata bilməyib səni axtarsam
Bu səssizliyin, qaranlığın içində
Hardan xəbər alım səni.

Hər gün mənli xatirələrlə yaşayırsan
Məni xatırladan, unutmağa qoymayan
Bəlkə də yeganə səbəbdir ki, duyursan
Gözlərinə baxıb, məni yanında sanırsan.
Mən də səni xatırlayanda, xəyala dalanda
oğlum gəlir gözümün önünə.
Gözləri gözümə oxşayan, əlləri özümə oxşayan
Oğlumdan xəbər alıram səni.

 

Əhməd Şahidov
16 Fevral 2013-cü il, saat 02:45, Moskva, Rusiya Federasiyası

Bu yazını Facebookda şərh et