KƏBƏ EVİNDƏ

KebeYoxsulu da, varlısı da, ağı da, zəncisi də
Allahu Əkbər deyir tək Onun hüzurunda
Hamı bərabərdir, dum ağ ehram əynində
Namaz qılır, səcdə edir hər kəs Kəbə evində!

Məqam İbrahim Məqamı, ev Allahın evidir
Dualar da, namazlar da tək Allaha görədir.
Təvaf edər müsəlmanlar, təvaf yeddi kərədir,
Duaları qəbul eylər, günahları bağışlar,
Tövbə eylə, günahından keçər Allah sənin də
Namaz qılır, səcdə edir hər kəs Kəbə evində!

Oyanarsan iki rükət namazınla süb çağı
Qazanarsan səhər tezdən Allahın sevgisini
Günahların bağışlanar, durma Ərəfat dağı
Sənin yolunu gözləyir, təmizlə sən qəlbini
Gecə-gündüz zikr eylə, Quran olsun əlində
Namaz qılır, səcdə edir hər kəs Kəbə evində!

Hər gün Bismillah söyləyib sən yeni günə başla
Hər sözünlə, əməlinlə təqdir eylə Quranı
Ərəfatdan Minaya get, var gücünlə şeytanı
Daşla, daşla, aman vermə, yenə şeytanı daşla
Qayıt gəl Kəbə evinə, namazı qıl, dua et
Duaların qəbul olar, hədiyyən var sənin də
Səni mütləq sevindirər Allah da öz evində
Namaz qılır, səcdə edir hər kəs Kəbə evində!

Əhməd ŞAHİDOV
24 Oktyabr 2012-ci il saat 02:00, Məkkə şəhəri, Səudiyyə Ərəbistanı

Bu yazını Facebookda şərh et