“Əli və Nino”da ən çox satılan kitablar hansılardır?

magazaKitab bazarında lider olan “Əli və Nino”da müxtəlif dillərdə kitablara rast gəlmək mümkündür

Bugün Azərbaycanda kitab bazarı ürəkaçan olmasa da, gənclərin kitaba marağı günü gündən artmaqdadır. Şəhərin müxtəlif yerlərində kitab oxumaqla bağlı aksiyaların keçirilməsi, fləş-moblar, kitab sərgiləri və təqdimatları ən azından belə deməyə əsas verir. Bucür aksiyalarda aktiv surətdə iştirak edən və əsas təşkilatçılardan sayılan “Əli və Nino” mağazalar şəbəkəsinin internet saytında yeni kitablarla maraqlandıq, eyni zamanda ən çox satılan kitabların reytinqini araşdırdıq.

www.alinino.az saytında ən çox satılan kitablar bölümündə Azərbaycan dilində olan kitabların ilk beşliyi məhz bucürdür:

  1. “Sevdiyim qadın” romanı – Əhməd Şahidov;
  2. “Sadəcə birlikdə” romanı – Anna Qavalda;
  3. “Çingiz xan” romanı – Con Man;
  4. “Məsumiyyət muzeyi” romanı – Orxan Pamuk;
  5. “Sirr” kitabı – Ronda Bern.

 

Rus dilində ən çox satılan kitabların reytinqi:

  1. “Прежде чем я упаду” – Лорен Оливер;
  2. “Нежность” – Давид Фонкинос;
  3. “Спаси меня” – Гийом Мюссо;
  4. “Пятьдесят оттенков серого” – Э.Л.Джеймс.

 

İngilis dilində ən çox satılan kitabların reytinqi:

  1. “Fifty Shades of Grey” – E L James;
  2. “On Beauty” – Zadie Smith;
  3. “Pilgrims” – Gilbert, Elizabeth;
  4. “The English Patient” – Ondaatje, Michael;
  5. “Wedding” – Nicholas Sparks.

 

Türk dilində ən çox satılan kitabların reytinqi:

  1. “Gökyüzünün Üzerinde 3 Metre” – Federico Moccia;
  2. “Şizofren” – John Katzenbach;
  3. “Bir soru bir aşk” – David Nicholls;
  4. “Aşkı Bulduğum Yer” – Cecelia Ahern;
  5. “Uçurtma Avcısı” – Khaled Hosseini.

 

Qeyd edək ki, bu göstəricilər “Əli və Nino” mağazalar şəbəkəsində satılan kitablar içərisində ən çox satılan əsərlər arasından götürülüb. Ən çox satılan kitabların reytinqi “Əli və Nino” mağazalar şəbəkəsinin internet saytında (www.alinino.az) göstərilib.

Şəkli böyütmək üçün üzərinə basın…

Bu yazını Facebookda şərh et