MƏN SƏNDƏN, SƏN DƏ MƏNDƏN

ahmadNə qədər sevdimsə, yenə az oldu.
Doymadım sevgidən, doymadım səndən
İllər keçdi, qəlbim sevgiylə doldu
Ayrı qaldıq, mən səndən, sən də məndən

Adın heç çıxmadı yadımdan mənim
İllər sonra yenə üz-üzə gəldik
O xoş bir təsadüf mənim dünənim
Bugün, şükür olsun, biz birlikdəyik.
Dünya dağılsa da, qopsa yerindən
Ayrılmayaq, mən səndən, sən də məndən.

Sevdik bir-birimizi dəlilər kimi
Sevgimiz bir quş tək dünyanı gəzdi
Əl-ələ biz tutub səyyahlar kimi
Ölkələr dolandıq, şəhərlər gəzdik.
İncisək də, qəlbə dəyən hər sözdən
Küsmədik, mən səndən, sən də məndən.

Çünki, məhəbbətdir bu hissin adı
Sevib-sevilməkdən gözəl nə var ki?!
Mənim sevgim okean boyda dəryadı
Qızıl balıq, səndən gözəl kim var ki?!
Bu dünyada gözəl görmədim səndən
Vaz keçməyək, mən səndən, sən də məndən.

Ölümsüzdür sənə olan hisslərim
Mən ölsəm də bu sözlərim qalacaq.
Tarix yazır məhəbbət şeirlərim
Bu məhəbbət tək səninçün olacaq
Səni sevdim, qorxum yoxdur ölümdən
Əlimdən tut, şeir deyim sevgidən
Gəl danışaq, mən səndən, sən də məndən.

Əhməd Şahidov
19 İyun 2012-ci il, saat 02:50, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et