SƏN NƏSƏN, DÜNYA?!

seirDeməyin ki, bu dünya bir sınaqdır,
Elə cəhənnəmin özüdür dünya
Biz tısbağa, dərd də bizə çanaqdır
Dərdi ömür qədər uzadır dünya.

Doğulduq dərd ilə dünyaya gəldik,
Ömür deyib yaşamağa başladıq.
Mənasız anları biz uğur bildik
İllər keçdi, nəhayət ki, yaşlandıq
Anladıq ki, aldadır bizi dünya.

Sındırdı qəlbləri, yıxdı evləri,
Necə-neçə insan doğmamış öldü
Anadan ayırdı saf körpələri
Qatilə döndərdi, üzünə güldü
Cəlladın, oğrunun, qəhbənin dünya.

Böldü insanları millətə, dinə
Qardaşı qardaşa düşmən eylədi
Bölündü insanlar, bölündü yenə
Dağıtdı, ram etdi, yeksan eylədi
Ülvi arzuları puç etdi dünya.

Mən bu boş dünyanın nəyindən yazım?!
Sevgisi boş, arzusu boş, sonu boş.
Boş-boş xəyallarla yaşayır insan
Dünyanın üzünə bir deyən lazım
Bu qədər insanı heçmi sanmısan?!
Yaradıb, yaşadıb və öldürürsən
Manyaksan, xəstəsən, sən nəsən, dünya?!

Əhməd Şahidov
13 İyun 2012-ci il, saat 02:15, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et