YANINA GƏLMƏYƏCƏYƏM!

seirBilsəm ki, həyatda tək çarəm sənsən
Bütün dərdlərimə dərmanım sənsən
Saatlar qalsa da, vaxtsız ömrümə
Bilsəm ki, tək sənsən çarə ölümə
Yenə də adını çəkməyəcəyəm
Gözləmə, yanına gəlməyəcəyəm!

Səni sevməyimə peşmanam indi
Bu cavan ömrümü sənə xərclədim
Get başqasını sev, həyat sənindi
Daha dərd gətirmə, mənim öz dərdim
Özümə bəsimdir, sevməyəcəyəm
Gözləmə, yanına gəlməyəcəyəm!

Sən mənim sevgimi dəyərsiz etdin
Kimlərə, nələrə qısqandın məni
İncidim, hər dəfə mən çıxıb getdim
Zəng etdin, yalvardın, qaytardın məni
Bu dəfə qayıda bilməyəcəyəm.
Gedirəm, yanına gəlməyəcəyəm!

Varlığın zülmdür, yoxluğun ölüm
Mələk qiyafəli əsl şeytansan
Sevmək ağrı verir, sonu da ölüm
Sən necə qadınsan, necə insansan?!
Bilmirəm! Heç vaxt da bilməyəcəyəm!
Gözləmə, yanına gəlməyəcəyəm!

Həyatda sadəcə bir arzum vardı
Ölərkən sevgilim yanımda olsun
O arzu, o istək qəlbimdə qaldı
Eybi yox, unutma, yadında qalsın!
Ölsəm də, qalacaq bu şeirlərim
Səninçün yazdığım o sətirlərim
Hər şeirin sonunda tək sənin adın
Kitaba ad qoydum – Sevdiyim Qadın!
Sonra peşman olma bu qərarından
Ağlama, sızlama məzarım üstə
Ölüm haqdır, səni bağışlasam da
Bunu sənə deyə bilməyəcəyəm
Çünki yoxam artq mən bu dünyada
Öldümsə, dirilə bilməyəcəyəm!
Əlvida! Yanına gəlməyəcəyəm!

Əhməd Şahidov
09 İyun 2012-ci il, saat 20:15, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et