ŞEİR DOLU QIZ

Mən o gözəl qızın nəyindən yazım?
Onun adı elə özü şeirdi
Baxışı, duruşu ayrıca misra
Arxamca zillənən gözü şeirdi.

Onun hər sözünə bir misra yazsam
Sözlərim sözünü vəsf edə bilməz
Şeir nədir, elə tək sözlərini
Yan-yana düzürsən, özü şeirdi.

Bilmirəm o qızın nəyindən yazım
Gülən gözlərindən, dodaqlarından
Yoxsa əlimdəki əlindən yazım
Əlimdə əl izi özü şeirdi.

Hələ bir o qızın öpüşünə bax
Göz yumulur, ürək yerindən çıxır
Şeir yazdım o qıza varaq-varaq
Hər öpüş ayrıca bir şeirdi.

Şeir şeir üstə gəlir hər dəfə
O qızla görüşüb mən ayrılanda
Görüşürkən sevinc dolu gözləri
Ayrılarkən göz yaşları şeirdi
Vallah belə şeir yazmağa nə var?!
Şeir bir sevgidi, sevgi şeirdi!

Əhməd Şahidov
07 İyun 2012-ci il, saat 20:10, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et