Əhməd Şahidov: “XXI əsrin ideal tələbəsi ifrat dini və şovinist ideyalardan uzaq olmalıdır” – FOTO

Ana Sayfa » Elmi konfranslar » Əhməd Şahidov: “XXI əsrin ideal tələbəsi ifrat dini və şovinist ideyalardan uzaq olmalıdır” – FOTO

Ankarada keçirilən “Birinci beynəlxalq təhsil sosiologiyası simpoziumu”nda gənc alimin çıxışı marağa səbəb oldu

Xəbər verildiyi kimi, May ayının 10-da Türkiyənin Ankara şəhərində Ankara Universiteti rektorluğu, Atatürk Kültür Mərkəzi və Ankara Universiteti Təhsil Elmləri Fakültəsinin birgə təşkilatçılığı ilə “Birinci Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu” öz işinə başlayıb.
Dünyanın ən qabaqcıl təhsil və elm müəssisələrindən tanınmış alim və sosioloqların iştirak etdiyi bu simpoziumda Maltadan dünya şöhrətli sosioloq, professor Peter Mayo, Almaniyanın Frayburq Universitetindən professor Uve H. Bittlingmayer, Almaniyanın Darmştat Texnik Universitetindən professor Beate Krais, Azərbaycandan akademik Səlahəddin Xəlilov və başqaları iştirak ediblər.
Azərbaycan nümayəndə heyətində Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova, gənc alim, fəlsəfə doktoru Əhməd Şahidov, sosioloq Əbülfəz Süleymanlı, təhsil məsələləri üzrə mütəxəssis Cəsarət Valehov və digər şəxslər təmsil olunurdular. Simpoziumun açılışından sonra bölmələr üzrə məruzələr dinlənildi.
“XXI yüzyılın öğrencisi nasıl olmalıdır: Geleceğin öğrenci modeli” mövzusunda məruzə ilə çıxış edən fəlsəfə doktoru Əhməd Şahidov indiyə kimi mövcud təhsil sistemlərindən söhbət açmış, tarix boyu tətbiq edilən dini dərslərdən, Sovet təhsil sistemindən söhbət açmış, Avropadakı təhsil sistemi ilə Şərq təhsil ənənələrini müqayisə edərək, müsbət və mənfi tərəfləri qabartmışdır. Ə.Şahidovun sözlərinə görə, indiyə kimi heç bir təhsil sistemi ideal vətəndaş, ideal tələbə istehsal edə bilməmişdir. Bunun nəticəsidir ki, zaman-zaman müharibələrin, siyasi toqquşmaların, xaosun şahidi olmuşuq. Çıxışı zamanı yeni şagird, yeni tələbə, yeni vətəndaş yetişdirməyin yollarından danışan gənc alim özünəməxsus fikirləri ilə dinləyicilərin marağına səbəb olmuşdur. Onun sözlərinə görə, XXI əsrdə ideal vətəndaş yetişdirmək üçün ilk növbədə orta məktəbin ilk pillələrindən başlanmalı və şagirdlərə şovinist, qatı dini ideyalardan çox, bəşəri, dünyəvi duyğuları aşılamaq lazımdır: “Uşaqlarımızı şovinist və qatı dini təhsildən kənarda saxlamalıyıq. Amma bu heç də o demək deyil ki, yeni gələn nəslimiz milli köklərinə biganə yanaşmalı və Allahın buyurduqlarına əməl etməməlidirlər. Əsla. Hər bir insan öz kökünü, milli mənsubiyyətini, keçmişini gözəl bilməli və bu dəyərlərə bağlı olmalıdır. Dində nəzərdə tutulan fikirləri öz şəxsi həyatlarında təbliğ etməlidirlər ki, əxlaqlı, tərbiyəli olsunlar, valideynlərinə, böyüklərə hörmətlə yanaşsınlar, cəmiyyətdə nəyin pis, nəyin yaxşı olduğunu yaxşı başa düşsünlər. Amma bütün bunları fərd olaraq seçsinlər, özləri həyatda sərbəst şəkildə seçim edə bilsinlər. Onlara uşaq vaxtlarından hansısa dini ideyaları təbliğ etmək, dünyəvi təhsildən uzaq tutub, mədrəsə tipli məktəblərdə oxutmaq düzgün deyil. Biz cəmiyyətimiz üçün qatı dindarlar, mollalar deyil, əxlaqı, ibadəti, ruhu saf olan dünyəvi vətəndaşlar yetişdirməliyik.”
Qatı millətçilik ideyalarının məktəblərdə təbliğinə qarşı çıxan Əhməd Şahidov bunun sonda irqçilik və faşizmlə nəticələnə biləcəyindən danışdı. Çıxışının sonunda dinləyicilərin suallarını cavablandıran Ə.Şahidov simpoziumdakı uğurlu çıxışına görə, təşkilat komitəsi tərəfindən xüsusi sertifikatla təltif olunmuşdur.

 

Xəbərlər

Böyük Britaniya Parlamentində Dağlıq Qarabağ münaqişəsi və onun humanitar fəsadları barədə danışılıb Ermənistanın Varşavadakı səfirliyi qarşısında “Qarabağ Azərbaycandır!” şüarı ilə etiraz aksiyası keçirilib “Qoşulmama Hərəkatına sədrlik Azərbaycan üçün yeni imkanlar açır” – Əhməd Şahidov İranın “Səhər” kanalına danışıb “Əsir və girovların dəyişdirilməsi prosesi yaxın vaxtlarda baş tuta bilər” – Əhməd Şahidov “Konstantin Zatulinin fəaliyyəti beynəlxalq hüquq normalarına ziddir” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb Prezidentin “Qarabağ Azərbaycandır!” bəyanatı Lider Televiziyasında geniş müzakirə olunub Girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev nə vaxt dəyişdirilir? – “ATV Aktual” verilişində müzakirə Beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları necə qorunur? | “Günə Baxış” proqramı | ARB TV Londonda keçirilən beynəlxalq insan haqları konfransında Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlı girovlar barədə danışılıb ARB Televiziyasının “Günə Baxış” proqramında erməni separatçılarının AŞPA-dakı təxribat cəhdi ifşa olunub AŞPA-da ermənilərin separatçı cəhdinin qarşısı alınıb – qondarma rejimin “ombudsmanı”na qarşı etiraz aksiyası ARB Televiziyasının “Günə Baxış” proqramında Azərbaycana düşmən təşkilatlar barədə danışılıb “Yerevanda Tələt Paşaya qarşı ucaldılan abidə nifrət cinayətidir” – ATƏT-də Ermənistan tənqid olunub ATƏT-in Varşava toplantısında əsir və girovların dəyişdirilməsi ilə bağlı çağırış edildi ATƏT-in Varşava toplantısında Nikol Paşinyanın son açıqlamaları ifşa olunub