ƏHMƏD ŞAHİDOV MƏRMƏRƏ UNİVERSİTETİNDƏ ÇIXIŞ EDƏCƏK

Ana Sayfa » Elmi konfranslar » ƏHMƏD ŞAHİDOV MƏRMƏRƏ UNİVERSİTETİNDƏ ÇIXIŞ EDƏCƏK

Gənc alim İstanbulda təşkil olunacaq beynəlxalq sempozyumda “Avropa demokratiyası və milli dəyərlər sistemi”ndən danışacaq
20-22 Aprel tarixində Türkiyənin İstanbul şəhərində “Dəyişən dünyada vətəndaşlıq və demokratiya tədrisində yeni yöntəmlər və problemlər” mövzusunda beynəlxalq sempozyum təşkil olunacaq. Avropa Birliyi, Avropa Şurası, Mərmərə Universiteti və digər qurumlar tərəfindən düzənlənən bu beynəlxalq sempozyumun əsas məqsədi son illər sosial elmlər, vətəndaşlıq tədrisində meydana gələn yeni tendensiyalar və problemləri araşdırmaq, yerli və beynəlxalq siyasətdə baş verən prosesləri nəzəri cəhətdən təhlil etməkdir.
Sempozyumun elmi şurasında Türkiyənin müxtəlif universitetlərindən, habelə ABŞ-ın Pensilvaniya Dövlət Universiteti, Missuri Universiteti, Florida Beynəlxalq Universiteti, Şərqi Miçiqan Universiteti, Ohayo Dövlət Universiteti, Böyük Britaniyanın Layçaster Universitetinin professor və müəllim heyəti təmsil olunub. Mərmərə Universitetində baş tutacaq bu nüfuzlu tədbirdə Azərbaycandan da iştirakçıların çıxışları gözlənilir. Gənc alim, filologiya üzrə Fəlsəfə Doktoru Əhməd Şahidov bu sempozyumda çıxış edəcək.
“Avropa demokratiyası və milli dəyərlər sistemi” barədə məruzə ilə çıxış edəcək Əhməd Şahidov Avropaya inteqrasiya prosesində milli özünəməxsusluğun qorunub saxlanılması zərurətindən söhbət açacaq. Bu barədə məlumat verən Ə.Şahidov Avropanın özəllikləri barədə danışdı: “Bugün dünyanın siyasi güc mənbəyi təbii ki, Avropa coğrafiyasında yerləşir. Bütün dünyanın siyasi baxışları məhz Avropaya yönəlib. Ən mühüm siyasi qərarlar Avropada qəbul olunur. Bugün biz “Avropa standartları, Avropa dəyərləri” ifadəsinə tez-tez rast gəlirik. Böyük əksəriyyət də bu Avropa dəyərlərinə can atır. Bu dəyərlər içərisində də ən öndə gedəni demokratiyadır. Demokratiya isə fəlsəfi bir anlayış olduğundan, fərqli cəmiyyətlər üçün də fərqli məna kəsb etməkdədir. Odur ki, bu gün Avropada tətbiq edilən demokratiya anlayışı ilə Şərq ölkələrində, xüsusən də müsəlman ölkələrində qəbul edilən demokratiya dəyərləri tam fərqlidir. Avropanın əsasən xristianlardan ibarət olduğunu nəzərə alsaq, o toplumun qəbul etdiyi dəyərləri kor-koranə şəkildə müsəlman ölkələrinə şamil etmək elə ən böyük anti demokratiya addımı kimi qəbul edilə bilər.”
Mərmərə universitetində məhz bu fikirlər üzərində çıxış edəcək Əhməd Şahidov Avropa demokratiyasının bəzi üstün cəhətlərini qəbul etməklə yanaşı, hər bir xalqın milli özəlliklərini, özünəməxsus cəhətlərini və adət-ənənələrini də yaddan çıxartmamağın tərəfdarı olduğunu bildirdi.

Xəbərlər

Qax Dövlət Kukla Teatrı Bakıda keçirilən “2+1” Teatr Festivalında “Xeyir və Şər” tamaşasını təqdim edib Qaxdakı bu məscid uçub dağılır – Əhməd Şahidov Qaratala kənd məscidi ilə bağlı həyəcan təbili çalır Əhməd Şahidov Londonda keçirilən dəyirmi masada Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışıb “Azərbaycan ədalətli sülh istəyir” – Əhməd Şahidov Şotlandiyada beynəlxalq konfransda çıxış edib Azərbaycan Dövlət Televiziyasında blogerlik fəaliyyəti və milli maraqlarımızın xaricdə təbliği müzakirə olunub Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub “Vətənpərvər olmaq yaşam tərzimizə çevrilməlidir” – Əhməd Şahidov Qaxın Şəhidlər Xiyabanını ziyarət edib Böyük Britaniya Parlamentində Dağlıq Qarabağ münaqişəsi və onun humanitar fəsadları barədə danışılıb Ermənistanın Varşavadakı səfirliyi qarşısında “Qarabağ Azərbaycandır!” şüarı ilə etiraz aksiyası keçirilib “Qoşulmama Hərəkatına sədrlik Azərbaycan üçün yeni imkanlar açır” – Əhməd Şahidov İranın “Səhər” kanalına danışıb “Əsir və girovların dəyişdirilməsi prosesi yaxın vaxtlarda baş tuta bilər” – Əhməd Şahidov “Konstantin Zatulinin fəaliyyəti beynəlxalq hüquq normalarına ziddir” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb Prezidentin “Qarabağ Azərbaycandır!” bəyanatı Lider Televiziyasında geniş müzakirə olunub Girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev nə vaxt dəyişdirilir? – “ATV Aktual” verilişində müzakirə Beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları necə qorunur? | “Günə Baxış” proqramı | ARB TV