SƏNİ TƏK BURAXMAYACAM

Fırtınalar, küləklər əsir həyatımda
Yollar ayrılır, seçim qarşısındayam
Tək deyiləm daha, sən varsan həyatımda
Böyük bir sevginin astanasındayam.
Təklik məni də sıxır, səni də
Ayrılıq məni də üzür, səni də
Sanki dərdlər, qorxular üstümüzə gəlir
Amma qorxmasevgilim,
mən çıxacam qarşılarına
Qoy dərdlər mənim olsun, qorxmayacam
Nə olursa olsun,
Səni tək buraxmayacam!

İnsan həyatda bir dəfə sevir,
Bir dəfə xoşbəxt oluruq, sadəcə bir dəfə
Allah da bizlərə bir ömür verib
Yaşayaq, sevək və sevilək deyə
Bir dəfə gəlirik bu həyata.
Qədrini bilək bu sevginin, bu həyatın
Allahın bəxş etdiyi xoşbəxtçiliyin
Yorulmayaq sevməkdən, usanmayaq gözləməkdən
Qorxmayaq tək qalmaqdan, doymayaq sevilməkdən
Tək qaldınsa mənə zəng elə, səsini eşidim
Yoruldunsa, danış mənimlə, rahatlarsan
Darıxanda sadəcə bir mesaj yaz
Həmən cavab yazaram!
Səsinə səs verərəm sənin!
Harda olsam da, sənin yanına gələcəm
Qoruyacam səni hamıdan, hər kəsdən
Bahardakı quşlar tək, yanına uçacam
Səni tək buraxmayacam!

Gecələr yuxuna gələcəm, danışacam səninlə
Gah tənqid edəcəm, gah da tərifləyəcəm səni
Hər nə edəcəmsə, yaxşılığın üçün edəcəm
Tək səninçün yaşayacam həyatda
Səni sevmək, qorumaq və yaşatmaq üçün
Yaşayacam!
Hər gün namazımda sənə dualar edəcəm
Tez-tez səni xatırlayacam
Sənə zənglər edəcəm
Gecələr yuxuda sənin adını çəkəcəm
Şəklini qucaqlayıb yuxuya gedəcəm
Harda bir xoş üz görsəm sən yadıma düşəcəksən
Harda bir xoş səs eşitsəm, səni xatırlayacam
Özünü tək sanma heç zaman, sevgilim
Tək qalmana razı olmayacam
Səni tək buraxmayacam!

Səni itirə bilmərəm, sevgilim, ölərəm
Sənə nəsə olsa, dözə bilmərəm
Səni yadların, özgələrin ətrafında
düşmənlərin qarşısında tək və çarəsiz
buraxa bilmərəm, sevgilim!
Hara getsən, kölgə olub, arxanda olacam
Nə vaxt səsləsən, işıq sürətilə yanına qaçacam
Sənə bir şey olsa, özümü oda, közə yaxacam
Sən ölsən, öləcəm!
Sən qalsan, qalacam!
Yer də, Göy də bir olsa,
Səni tək buraxmayacam!
Allah səni məndən alsa,
Son mənzilə yola salsa,
Sevgilim, lap məzarda da olsa
Səni tək buraxmayacam!
Deyirlər, insanlar axirətə sevdikləri ilə gedər
Mən cənnətdə də səni tək buraxmayacam!

Əhməd Şahidov
29 Fevral 2012-ci il, saat 15:25, Moskva, Rusiya Federasiyası

Bu yazını Facebookda şərh et