BİLMƏZDİM

Bilməzdim!
nə vaxtsa səninlə rastlaşacam.
Bilməzdim səni sevib
ürəyimdə saxlayacam.
Sənin o gözlərinə baxıb
“Səni sevirəm” söyləyəcək,
hər gün səni özləyəcəm.
Səndən uzaqda olanda
şəkillərini əzizləyəcəm.
Bilməzdim ki, səndən küsüb
uşaq kimi ağlayacam,
sənin zəngini gözləyəcəm.
Sən də zəng edib
heç nə olmamış kimi
Səni sevirəm deyəcəksən.
Bilməzdim ki, sən bu qədər böyüksən
bu qədər müqəddəs, bu qədər safsan.
Bilməzdim ki, Allah bu qədər məni sevib
səni göndərər həyatma.
Bilməzdim ki, mən də nə zamansa
dəyişə bilərəm.
Daha kübar, daha səbrli,
daha alicənab ola bilərəm.
Vallah sənin yanında tamam
amma tamam başqa cür oluram.
Sanki böyük bir əmanəti,
böyük bir etimadı,
böyük bir var-dövləti,
çox böyük bir xoşbəxtçiliyi
gəzdirirəm çiyinlərimdə.
Ağır da olsa, gözəldir
səni sevmək!
səni əzizləmək!
səni qorumaq!
səni gözləmək!
sənin olmaq!
Bilməzdim mən də
sevə bilərəm nə vaxtsa
kimisə əzizləyə bilərəm!
bağrıma basıb qoxusunu
sinəmə çəkərəm!
Çox xoşbəxtəm səninlə!
Nə yaxşı ki varsan!
Səninlə başlamışam sevməyə
başqa cür baxmışam həyata.
İndi mən başqa bir Əhmədəm!
İndi mən səninəm!
Yalnızca sənin.
Bilməzdim belə olacaq!
Əhməd nə vaxtsa
kiminsə olacaq!
Heç bilməzdim!

24 Fevral 2012-ci il saat 22:05, Moskva, Rusiya Federasiyası

Bu yazını Facebookda şərh et