YOL

Uzun bir yol gedirəm, yolu yoxdu bu yolun,
Yoxdu nə başlanğıcı, yoxdu sonu bu yolun.
Yol məndən yol soruşur, özü də çaşıb qalıb.
İkimiz də azmışıq, yolda tənha qalmışıq,
Uzanıb dərdimiz də yollar qədər uzanıb,
Yol yol üstdə uzanıb, mən ayaqda, qalmışıq.
Yol da bezib illərcə insana yol olmaqdan,
Gah düzünə gedib, gah da sağ-sol olmaqdan,
İnsan yolla danışmır, amma yenə yol gedir,
Yol isə əldən düşüb insanla danışmaqdan.
Yollar var ki, insanı düz ölümə aparır,
Yol da var ki, insanı ölümündən qurtarır.
Yol dalınca yol gəlir, bizi yola aparır,
Yollar bizə dar gəlir, yenə yola gəlmirik,
Yollar yola şərikdir, biz də yolla əlbirik.
Yol bizi özümüzdən, başlanğıcdan qoparır,
Aparır sona bizi, ölümə pay aparır.
Əhməd ŞAHİDOV
24 Sentyabr 2010-cu il, saat 15:45
Bu yazını Facebookda şərh et