QAYTAR MƏNİM SEVGİMİ

Səni sevən ilk  günümdən
Qəlbimi sənə verdim.
Mənə aid hər şeyimi
Özümü sənə verdim.
Səhər tezdən namazımla
Açılan səhərimi
Gün bitəndə yorğun-yorğun
Üzümü sənə verdim.
Sən də məni sevmirsənsə,
Gəl, incitmə qəlbimi.
Qaytar mənim sevgimi!
*****
Hər gün sənlə gəzdiyimiz
O küçələr, o parklar,
Sevə-sevə yaşanılmış
O həftələr, o aylar.
Boşunamı yaşanıldı?!
Demək, bizim sevgimiz
Sevgi deyil, sadəcə
Bir hiss idi, qurtardı.
Yox idisə, bu sevginin
Nə davamı, nə ardı,
Bəs nə üçün qurban verdim
Sənə mən illərimi?!
Qaytar mənim sevgimi!
*****
De, kim idi bu sevgidə günahkar?
Sənmi, mənmi, yoxsa fələk günahkar?!
Sən sevdinsə, mən sevdimsə, nə üçün
Bir olmadıq, qovuşmadı sevgimiz?!
Səbəbini heç bilmədik sonacan
Xoşbəxtlikdən olmadı xəbərimiz…
Sən tərk etdin bu dünyanı, cahanı,
Sənsiz harda tapım mən xoşbəxtliyi,
Görüm lənətə gəlsin o xəşbəxtlik
Hanı, duyammıram xoşbəxtlik hanı?!
Sən uzanıb torpaq altda məzarda,
Buraxıb tərk etdin bu əllərimi,
Qalx yerindən, lap  bir anlıq olsa da,
İsit nəfəsinlə soyum qəlbimi
Mən bilmirəm! Qaytar mənim sevgimi!
Əhməd ŞAHİDOV
20 Avqust 2010-cu il, saat 18:09
Bu yazını Facebookda şərh et