BİR O YANA, BİR BU YANA

Xəyallarım uzaqlarda,
Fikirlərimsə narahat.
Ruhum uçur buludlarda,
Vücudumsa qaraba-qara,
Gəzir onu yer üzündə.
Ayrı düşmüş ana və bala,
Bir o yana, bir bu yana.
*****
Uğur məndən üz döndərib,
Məni görcək qaçır məndən.
Qəlbim də qəmdən əriyib,
Qanlar axır ürəyimdən.
Boylanıram xoşbəxtliyin,
Sədasıyla dörd bir yana,
Bir o yana, bir bu yana.
*****
Gələn-gedən bir daş atır,
Tək qalmışam bu dünyada.
Dostlarım da məni satır,
Salan yoxdur məni yada.
Məcbur olub bu dünyada,
Əl açmadım heç bir yada.
İstəmədim düşmənlərim,
Əhmədi köməksiz sana.
Yoxsa, çəkib vuracaqlar,
Bir o yana, bir bu yana.
*****
Dörd tərəfdə düşmənlərim,
Tələ qurur, böhtan atır.
Heç görünmür sevənlərim,
Bəs dostlarım harda yatır?!
Yıxılanda hamı vurur,
Bir o yandan, bir bu yandan,
Biri tutub əllərimdən,
O birisə qamçı vurur,
Bir o yana, bir bu yana.

Əhməd ŞAHİDOV
20 Avqust 2010-cu il, saat 17:30

Bu yazını Facebookda şərh et