Nə qədər Mübarizlər var, yaşayacaq Azərbaycan!

Bu torpağa ayaq basan qardaş, bacı, bir anlıq dur,
Bu torpaqçün şəhid olan qəhrəmanlar unudulmur!
Unudulmur Vətən üçün canını oda yaxanlar,
Unudulmur bir gecədə silinməz tarix yazanlar!
Bizdən öncə yaşayanlar unutmadı tarixini,
Unutmadı nə dostunu, unutmadı düşmənini.
Tarix isə təkrarlanır, eyni məkan, eyni zaman,
Yenə əzilən biz olduq, yenə düşmən vermir aman.
Gedib əldən Kəlbəcərim, Şuşa, Laçın, bir də Ağdam,
Nə vaxtacan susacayıq, axı göynəyir bu yaram?!
Eşidin mənim səsimi, duyun mənim nəriltimi,
Bu torpaq qanla yoğrulub, şəhidlərin qanıdır bu,
Bu millət bezib, yorulub, səssizliyin səsidir bu.
Bu səs deyir: Canım atam, canım anam, darıxmayın,
İnşallah, bir də cənnətdə görüşərik, ağlamayın.
Mənim üçün, xalqım üçün siz də bol-bol dua edin,
Vətənin bu dar günündə qəlbim dözmür, etməliyəm
İnşallah şəhid olsam da, üzərinə getməliyəm
Şərəfsizləri məhv edib o zirvəyə yüksələcəm,
Şəhid olsam, ağlamayın, çünki mən heç ölməyəcəm!
Bu sözləri yazdı, getdi, şəhid oldu Vətən üçün,
Xeyli düşməni məhv etdi, tarix yazdı gələcəkçün.
Adı dillər əzbəridir, özüsə Milli Qəhrəman!
Nə qədər Mübarizlər var, yaşayacaq Azərbaycan!

*** Şəhid Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə ithaf edirəm…

Əhməd ŞAHİDOV
04 Avqust 2010-cu il, saat 03:15, Bakı, Azərbaycan
Bu yazını Facebookda şərh et