ZİYARƏTİMİ QƏBUL EYLƏ, AY ALLAH!

Bugün ayaq basıram müqəddəs bir torpağa,
Ürəyim tir-tir əsir, yaman həyəcanlıyam.
Razıyam daş üstündə sübhədək oturmağa,
Ey müqəddəs Allahım, sənin hüzurundayam.
Çox günahlar  işləyib, nahaqqa haqq demişəm,
Günahsız insanların mən haqqını yemişəm,
Səni sevirəm deyib əslində sevməmişəm,
Söz verirəm bir daha günah etmərəm, vallah
Ziyarətimi qəbul eylə, ay Allah!
Son günədək həvəsim pulda və şan-şöhrətdə,
Hamıdan üstün olmaq və çoxlu var-dövlətdə,
Qoy əzim insanları, saxlayım əsarətdə
Bu idi mənim məqsədim, həyatda güc mənbəyim.
Nə gizlədim ki, Səndən, doğru deyirəm vallah,
Ziyarətimi qəbul eylə, ay Allah!
İlk dəfədir sənə belə yaxınam, səmimiyəm,
Sənin əzəmətini bugün duymuşam hələ.
Artıq dəyişib dünyam, özüm də dəyişmişəm,
Daha tam başqa Əhməd olacam bundan belə.
Bilmirəm həyatda günahımmı çox,
Xeyir işlərimin sayımı çoxdur?!
Bir tək inandığım Sənin varlığın,
Səndən başqa dinim, imanım yoxdur.
Bilirəm, ən böyük bağışlayan da,
Bəndəsini əzizləyən də Sənsən.
Nə olar, lütf eylə, o hikmətindən,
Bağışla Sən məni, məthəmətindən
Bir damla pay göndər mənim qəlbimə
Saçılsın, yayılsın sevgin ruhuma,
Qəlbim də, dilim də qoy Allah desin,
Eşitsin dostlarım, qoy hamı bilsin!
Sonadək bağlıyam mən Allahıma!
Dönmərəm bu yoldan sonadək, vallah
Ziyarətimi qəbul eylə, ay Allah!
Dua eyləyirəm üz tutub Sənə,
Eşit millətimin haqq sorağını.
Əzilir, kiçilir millətim yenə,
İtirir günbəgün öz torpağını.
Gedib Ərdəbilim, gedib Təbrizim,
Qalmayıb Şuşamda, Laçında izim
Razıyam, alınsın o torpaqlarım,
Sürünüm Qarabağa lap dizim-dizim.
Axı o torpaqlar bizimdir-bizim.
Biz nə işğalçıyıq, nə qatil vallah,
Dualarımı qəbul eylə, ay Allah!
Əhməd ŞAHİDOV
10 İyul 2010-cu il, saat 03:41
Bu yazını Facebookda şərh et