XOŞBƏXTLİK

Xoşbəxtlik ardınca gəzdim dünyanı,
Axtardım, aradım onu hər yerdə.
Gəzdim dağ başında, gəzdim aranı,
Soruşdum qarşıma çıxan hər yerdə
Cavandan, qocadan “Xoşbəxtlik hanı?”
Bəziləri cavab verə bilmədi, susdu, durdu,
Heykəltək qarşımda xəyala daldı.
Bəziləri gülümsəyib susurdu,
Elə həmin gülüşdəydi xoşbəxtlik.
*****
İslam ölkəsində dağlıq şəhərdə,
Oturub kölgədə xəfif guşədə
Baxırdım insanlar əl-ələ tutub,
Gəzişir, əylənir, xoş həyat sürür.
Elə bil xoşbəxtlik onları tutub
Aparıb dünyanın qəm-kədərindən,
Cənnətin yerdəki bir kölgəsinə.
Gülür insanların üzü, camalı
İmandır onların tək bir amalı.
Elə həmin amaldaydı xoşbəxtlik.
*****
Kasıb bir ölkədə müsafir oldum,
Daddım bu ölkənin naz-nemətindən.
Gəzdim-gəzdim, əldən düşüb yoruldum,
Bir ağac altında cüt bardaş qurub
Kasıb bir uşağın əlində çörək,
Yavan-yavan çörəkdən dadmasının,
Nahar etməsinin şahidi oldum.
Elə o tikədəydi xoşbəxtlik.
*****
Bir Türk dövlətində, Türk şəhərində,
Minarəsi göy üzünə ucalan
Əzəmətli bir məscidə girmişəm.
İlahi, burdakı saflığı görüb
Mən özüm-özümə hey düşünmüşəm.
Niyə Sənin qüdrətini, gücünü,
Varlığını, hikmətini, sözünü,
Bizə xoşbət olmaqçün göndərdiyin
Kitabının dəyərini bilmirik?!
Çünki biz insanların dəyəri, gücü,
Varlığı, hikməti, qüdrəti, sözü
Qurani Kərimdə yazılıb ancaq.
Oxu o Kitabı, xoşbəxt ol, çünki,
Elə o Kitabdadı xoşbəxtlik!!!
Əhməd ŞAHİDOV
09 İyul 2010-cu il, saat 18:26
Bu yazını Facebookda şərh et