SEVGİLİMİN XATİRİNƏ

Uşaqtək doğuldum dünyaya yenə,
İlk dəfə həyatda sevgi tapanda.
O nazlı dilbərim güləndə mənə
Dünya gözlərimdə bir cənnət oldu,
Mənsə mələk oldum sevgilimin xatirinə.
Qoşa dolanardıq, qoşa gəzərdik,
Bir cüt bülbül tək göylərdə süzərdik.
Dağlar da bizlərə həsəd aparıb,
Bizə ağ qarından sovqat verərdi.
Uca qayaları mən yara-yara
Düm-düz yol açardım sevgilimin xatirinə.
Hər istəyin, hər arzusun bilərdim,
Məndən gizlətməzdi öz ürəyini.
Ürəklər də birlikdə döyünərdi,
Heç zaman dəyməzdim onun xətrinə,
O şah, mənsə qul olardım sevgilimin xatirinə.
Yadımdadır, ayrılanda son dəfə
Ona yenə sevdiyimi söylədim.
O da göz yaşların tuta bilmədi,
Ağlayıb, qəfildən sarıldı mənə.
Mənsə ağlamadım onun yanında,
Kişiyə ağlamaq yaraşmaz, dedi.
Əlləri əlimdən süzülüb getdi,
Baxdım arxasınca düz yarım saat,
Bir baxdım, sevgilim gözümdən itdi,
Dayandım, donuxdum, kövrəldim yenə,
Gözlərim yaşardı, tuta bilmədim
Son dəfə ağladım sevgilimin xatirinə.
Əhməd ŞAHİDOV
10 İyul 2010-cu il, saat 19:59
Bu yazını Facebookda şərh et