ETİRAF

Bir yaz axşamında əlimdən tutub
Məni öz dünyamdan alıb apardın.
Dodaqlar sevişir, gözlərsə susub,
Saatlarla dizlərimdə yatardın.

*****

Mənsə bu sevgiyə doya bilmədim,
Ürəyim alışır, köz olur sənsiz.
Yoxluğunda bir gün belə görmədim
Sevinsin gözlərim, ürəyim sənsiz.

*****

Gəlişinlə nur gətirdin ruhuma
Qaranlıqdan aydınlığa çıxardın.
“Məni sevirsənmi?”, bu sualıma
Gülümsəyib altdan-altdan baxardın.

*****

Amma bilirdim ki, sevirsən məni
Elə ilk öpüşdə bunu duymuşdum.
Həmin yaz axşamı görəndə səni,
Mən də sənə məcnun tək vurulmuşdum.

*****

Eh, bugün bunları xatırlamağın
Nə faydası, onsuz da yoxsan indi.
Olmasan da, sevgin hələ yanımda
Bu yaralı qəlbim yenə sənindi.

Əhməd ŞAHİDOV
19 İyun 2010-cu il, saat 07:40, Bakı, Azərbaycan

Bu yazını Facebookda şərh et