“Ukrayna-Rusiya müharibəsi yenidən alovlansa, rəsmi Kiyev yeni ərazilər itirə bilər” – Əhməd Şahidov

Ukrayna və Rusiya arasında həftələrdir davam edən gərginlik bütün dünyanın diqqət mərkəzindədir. Bu iki ölkə arasında yeni müharibənin qaçılmaz olduğu görünür. Hər iki tərəf artıq aktiv şəkildə hərbi əməliyyatlara hazırlıq görməkdədir. ABŞ və Avropa ölkələri, xüsusən də NATO rəhbərliyi rəsmi Moskvaya qarşı mövqelərini açıq şəkildə ortaya qoyublar. Rusiya da qarşı tərəfi xəbərdar edib. Görünən odur ki, yeni müharibə qaçılmaz olacaq.

Mövzu ilə bağlı İranın “Səhər” Televiziyasına açıqlama verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bildirib ki, müharibə yenidən alovlansa, Ukraynanın yeni ərazilər itirəcəyi şübhəsizdir: “ABŞ və Avropanın bu münaqişədə rəsmi Kiyevə dəstəyi yalnız silah-sursat və maliyyə cəhətdən ola bilər. Heç bir Qərb ölkəsi Rusiyaya qarşı əsgər göndərməyə risk etməz. Odur ki, Ukrayna yenə də meydanda tək qalacaq. Və belə olan təqdirdə Ukraynanın yeni ərazilər itirəcəyi gözləniləndir.”

#Rusiya #Ukrayna #müharibə #Krım #Donetsk #Donbas #ABŞ #Amerika #Avropa #NATO #Türkiyə #Kiyev #Moskva

Bu yazını Facebookda şərh et