“Nüvə Sazişinin pozulması rəsmi Tehrana qarşı ikili standartın təzahürüdür” – Əhməd Şahidov

İran İslam Şurası Məclisinin üzvləri dekabrın 1-də «Sanksiyaların Ləğv Edilməsi və İran Xalqının Hüquqlarının Qorunması üzrə Strateji Fəaliyyət» layihəsini yekdilliklə qəbul etdi, bundan bir gün sonra isə layihə Konstitusiyaya Nəzarət Şürasında təsdiqlənərək icra üçün prezidentə təqdim olundu.

Mövzu ilə bağlı İran İslam Respublikasının “Səhər” Televiziyasına açıqlama verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Nüvə Sazişindən çıxmaq rəsmi Tehrana qarşı ikili standartların növbəti təzahürüdür: “İran illərdir ki, bu sazişə riayət edir və üzərinə düşən öhdəlikləri yerinə yetirir. ABŞ isə İranla imzalanmış Nüvə Sazişini tərk etdi və bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq etməyə başladı. Bundan sonra beynəlxalq əhəmiyyətli sənədin icrası problemlə üzləşdi və sazişdə qalan digər üzvlərin qeyri-obyektiv siyasətləri onu kövrək vəziyyətə saldı. Bu prosesin davamında Nüvə Sazişinin avropalı tərəfləri öz öhdəliklərini yerinə yetirmədilər.”

Bu yazını Facebookda şərh et