Əhməd Şahidov Şimali Kiprin Dövlət Televiziyası olan BRT1`ə Azərbaycandakı son vəziyyəti şərh edib

Bugün Azərbaycan tamamilə yeni bir tarix yaşamaqdadır. Qarabağ və ətraf bölgələri erməni işğalından qurtaran Azərbaycan bugün bu bölgələri yenidən canlandırmaq və azərbaycan qaçqınların öz evlərinə geri qaytarmaq üçün çalışır. Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədi artıq bərpa olunub və Azərbaycan ordusu bugün sərhədə tam nəzarət edir. Hər şey öncə azad edilən ərazilərdə dövlət qurumlarının yerli idarələri fəalyyətə başlayıb.

Şimali Kipr Türk Cümhuriyyətinin BRT1 Dövlət Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov qardaş Türkiyənin Qarabağı yenidən bərpa etmə layihəsini dəstəklədiyini dedi və Şimali Kipr ilə əlaqələrə diqqət çəkdi, o cümlədən 2021-ci ildə Azərbaycan-ŞKTC əlaqələrinin rəsmən yenidən qurulacağını qeyd elədi.

Bu yazını Facebookda şərh et