Əhməd Şahidov Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxslərin taleyi barədə danışıb – ARB 24

Fevralın 12-də Azərbaycan Respublikasının Hərbi prokurorluğunun, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin nümayədələrinin iştirakı və BQXK-nın vasitəçiliyi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına aid olduğu güman edilən 7 meyitin qalıqlarını erməni tərəfi Şuşa şəhərinin yaxınlığında təhvil verib.

Hazırda həmin meyitlərin qalıqlarının eyniləşdirilməsi məqsədilə aparılan təxirəsalınmaz zəruri prosedurlar bitdikdən sonra meyitlər ailə üzvlərinə veriləcəkdir.

Mövzu ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, Birinci Qarabağ Müharibəsi dövründə 3890 nəfər azərbaycanlı itkin düşmüş sayılır və həmin şəxslərin sonrakı taleyindən heç bir xəbər yoxdur: “Azərbaycan dəfələrlə bu məsələni beynəlxalq səviyyədə qaldırsa da, Ermənistan tərəfi beynəlxalq hüquqi normalara məhəl qoymayaraq, azərbaycanlı əsir və itkin düşmüş şəxslərin taleyi barədə hər hansı məlumat verməkdən çəkinirdi. İkinci Qarabağ Müharibəsində məğlubiyyətə uğrayan Ermənistan bugün diqtə olunan şərtlərə əməl etməyə məcburdur. Bu baxımdan Azərbaycan dövlətinin siyasi iradəsi artıq öz nəticəsini verməkdədir və mən inanıram ki, cənab İlham Əliyevin dəmir yumruq prinsipi nəticəsində biz Birinci Qarabağ Müharibəsi dövründə itkin düşmüş insanlarımızı tapıb geri qaytara biləcəyik.”

#Azərbaycan #əsir #girov #itkin #Qarabağ #Ermənistan #Şəhid #Qazi #əsgər #Şuşa #Kəlbəcər #erməni #rus

Bu yazını Facebookda şərh et