“İran-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur” – Əhməd Şahidov Səhər kanalına danışıb

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən İran İslam Respublikası ilə münasibətlər yeni mərhələyə qədəm qoyur. İranın xarici işlər nazirinin bölgəyə səfəri çərçivəsində Bakıda keçirdiyi görüşlər və Azərbaycanla bağlı önəmli açıqlamaları iki ölkə arasındakı münasibətlərin daha da inkişaf edəcəyinə dəlalət edir.

Mövzu ilə bağlı İranın “Səhər” Televiziyasına açıqlama verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov İranın hələ Birinci Qarabağ Müharibəsində də Azərbaycana yaxından dəstək verdiyini və 44 günlük Böyük Vətən Müharibəsində də ədalətli mövqe tutmasını xüsusi vurğulayıb.

#İran​ #Tehran​ #Azərbaycan​ #Bakı​ #Qarabağ​ #Şuşa​ #Zərif​ #Əliyev​ #Ermənistan​ #Rusiya​ #Türkiyə​ #Səhər

Bu yazını Facebookda şərh et