“Bu, yeni bir çağırışdır” – Əhməd Şahidov Azərbaycan-Türkmənistan anlaşması ilə bağlı TRT World telekanalına açıqlama verib

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində yatağın birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşma Memorandumunun imzalanması tarixi bir hadisədir və iki ölkənin dövlət gəlirlərini artıracaq. Bu sahədə kəşfiyyat işlərinin 1980-ci illərdə başlamasına baxmayaraq, iki ölkə daha sonra yatağın işlənməsi ilə bağlı müzakirələrə başladı. İlkin hesablamalara görə, yataqda 100 milyon ton neft və 30 milyard kubmetr təbii qaz var. Yəni yatağın kifayət qədər böyük enerji mənbələri var.

TRT World Televiziyasına verdiyi müsahibəsində Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov zəngin neft və qaz ehtiyatlarına malik yatağın iki ölkə arasındakı dəniz sərhədində yerləşdiyini və son illər bəzi mübahisələrə səbəb olduğunu də söylədi: “Yataq Sovet İttifaqı dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Türkmənistanla sərhəddə yerləşdiyindən uzun illərdir işlənmirdi. Hətta iki ölkə arasındakı soyuq münasibətlərə də gətirib çıxarmışdı.”

Nəhayət, iki ölkə arasında bu neft yatağının birgə işlənməsinə dair müqavilənin imzalanması hər iki ölkənin maraqlarına xidmət edəcək, eyni zamanda regional və qlobal layihələri də stimullaşdıracaq.”

#Azerbaijan #Turkmenistan #Turkey #oil #gas #TRTWorld #Russia #Europe #China #USA #Biden #Iran #Caspiansea

Bu yazını Facebookda şərh et