Əhməd Şahidov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışına münasibət bildirib – TRT World Televiziyası

Bəlkə də postsovet məkanında ən uzun və qanlı münaqişə olan Dağlıq Qarabağ konflikti keçən ilin payızında üç dövlətin liderlərinin səyləri və iradəsi ilə dayandırıldı. Müharibə bitdikdən sonra atəşkəsə nəzarət etmək üçün ortaq bir mərkəz yaratmaq barədə Rusiya və Türkiyə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq başladı. Azərbaycan bu əhəmiyyətli mərkəzin yaradılması və işə başlaması üçün zəruri olan hər şeyi etdi və təchizat işini öz üzərinə götürdü. Bu, bölgədəki sülhməramlı fəaliyyətdə yeni bir mərhələdir.

TRT World Televiziyasına verdiyi müsahibəsində Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Türkiyə ilə Rusiyanın bu sahədə böyük və uğurlu qarşılıqlı təcrübəyə sahib olduqlarını deyib: “Bu qarşılıqlı əməkdaşlığın ən bariz nümunəsi müharibədən sonrakı Suriyadakı tənzimləmədir. Həm də bu, bölgə üçün də müsbət bir hadisədir. Azərbaycan xalqı bu günü səbirsizliklə gözləyirdi. Çünki 10 noyabr razılaşmasından sonra bir neçə gün ərzində rus sülhməramlıları Qarabağda məskunlaşdılar və son üç ayda bölgədə bir sıra xoşagəlməz hadisələr yaşandı. Ermənilər dəfələrlə Qarabağda təxribata əl atdılar və bütün bunlar rus əsgərlərinin gözü qarşısında baş verdi. Bu baxımdan Azərbaycan cəmiyyətində Türkiyə ordusunun nə vaxt gələcəyi ilə bağlı bəzi narahatlıqlar var idi.”

#Turkey #Russia #Azerbaijan #Armenia #Karabakh #Agdam #peacekeepers #peacekeeping #war #peace #Caucasus #trend #trending #trtworld

Bu yazını Facebookda şərh et