Moskvada Qarabağ zirvəsi: Tərəflər ortaq bəyanat imzaladılar – Əhməd Şahidov Ulusal Kanal`a danışdı

Yanvarın 11-də Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib və görüşdən sonra birgə bəyanat imzalanıb.

Bu barədə Türkiyənin Ulusal Kanal Televiziyasına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskvadakı görüşündən sonra imzalanan sənədin bölgənin iqtisadi blokadadan çıxarılması baxımından vacib olduğunu qeyd edib: “Bu, vacib sənəddir və böyük nailiyyətdir. Bu saziş bütün bu illər ərzində bağlı halda qalmış, Azərbaycan və Türkiyə ilə ticarət əlaqələri olmayan, iqtisadiyyatı böyük ölçüdə iflic olan Ermənistana da fayda gətirəcək.”

Bu yazını Facebookda şərh et