“Bugünkü hərbi parad Türkiyə və Azərbaycanın gücünü nümayiş etdirir” – Əhməd Şahidov TRT World Televiziyasına danışıb

Bugün Azərbaycan üçün, Azərbaycan dövləti və xalqı üçün çox vacib bir gündür. Çünki 27 sentyabrda başlayan 44 günlük müharibənin qalibi Azərbaycandır və bu gün, 10 dekabrda Azərbaycan Respublikası Bakıda zəfər paradı keçirir.

İndiyə qədər Bakıda çox sayda hərbi paradlar təşkil olunub, lakin bugünkü parad ən gözəlidir. Paradda 3000-dən çox hərbçi iştirak edir. Təxminən 150 yeni hərbi texnika, müasir silahlar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, həmçinin döyüş gəmiləri və qayıqlar nümayiş etdirilir.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov TRT World Televiziyasına müsahibəsində bildirib ki, hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə bugünkü sevincli gündə də Azərbaycanın yanındadır: “Türkiyə-Azərbaycan münasibətləri misilsizdir dünyada. Biz sözün əsl mənasında bir millət, iki dövlətik və bunu bugünkü hərbi paradda bir daha nümayiş etdirdik. Türkiyə bütün təzyiqlərə baxmayaraq, hər zaman Azərbaycanın yanında olub və bugün də Azərbaycanın yanında olan yeganə ölkədir.”

Bu yazını Facebookda şərh et