“Əsir və girovların qaytarılması Prezidentin dəmir yumruq siyasətinin nəticəsidir” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Azərbaycanlı əsirlər və erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov Vətənə gətiriliblər.

Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.

ARB24 Televiziyasına müsahibə verən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, mülki girovlarımızın azad edilməsi ölkə başçısı İlham Əliyevin dəmir yumruq strategiyasının tərkib hissəsidir: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının qətiyyətli və dəmir yumruq siyasəti nəticəsində mülki girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq Vətəndədirlər. Bu, bütün Azərbaycan xalqının sevincinə səbəb olub. Azərbaycan diplomatic sahədə də qələbəsini davam etdirir.”

Bu yazını Facebookda şərh et